30 iyul 2012 12:05
Azərbaycan millisi İrlandiya ilə qarşılaşacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması irlandiyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, komandamız bu rəqibi ilə qısa müddət ərzində iki oyun keçirəcək. Belə ki, həmin oyunlar avqustun 28-də və 30-da təşkil olunacaq. Hər iki oyun İrlandiyanın Kaslbar şəhərində baş tutacaq.
