30 iyul 2012 12:14
Hapoel - Neftçi oyununa bütün təyinatlar açıqlandı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də keçiriləcək "Hapoel" (Kiryat-Şmona, İsrail) - "Neftçi" matçının bütün təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, oyunu irlandiyalı hakimlər briqadası idarə edəcəklər. Onların idarəçiliyinə macar hakim-inspektor qiymət verəcək. Matçın UEFA nümayəndəsi ilə slovakiyalıdı.
Bir həftə sonra Bakıda keçiriləcək cavab qarşılaşmasına təyinatlar isə hələlik bəlli deyil. UEFA həmin oyunu öncə litvalı hakimə tapşırsa da, sonradan bu təyinatı ləğv etdi və “Dalğa Arena”da keçiriləcək həlledici qarşılaşmaya təyinatlar nədənsə gizli saxlanılır. Halbuki, digər bütün oyunlara təyinatlar açıqlanıb.
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
21:30. Hapoel - Neftçi
Hayfa. Kiryat Eliazer Stadium.
Hakimlər: Alan Kelli, Damyen Makqreyt, Mark Duqlas, Qraham Kelli (hamısı İrlandiya).
UEFA nümayəndəsi: Dusan Tittel (Slovakiya).
Hakim-inspektor: Ferenç Şekeli (Macarıstan).
