30 iyul 2012 12:32
Servett - Rosenborg matçında azərbaycanlı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə UEFA tərəfindən növbəti təyinat verilib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 2-də, Cenevrə şəhərində keçiriləcək "Servette" (İsveçrə) - "Rosenborg" (Norveç) qarşılaşmasının hakim-inspektoru Asim Xudiyev olacaq.
