30 iyul 2012 12:55

Hapoel Neftçi ilə oyunlar öncəsi heyətini gücləndirir (FOTO)

İsrail çempionu “Hapoel” (Kiryat Şmona) UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəyi oyunlar öncəsi heyətini gücləndirməyə qərar verib. Azerisport.az xəbər verir ki, İsrail klubu Macarıstanın “Videoton” komandasında çıxış edən Laslo Lençşeni heyətinə qatmağa hazırlaşır.
 
“Hapoel” bu oyunçunu icarəyə götürmək fikrindədi. Bütün problemlər yoluna qoyulan kimi, onun adı “Neftçi” ilə oyunlar üçün UEFA-ya göndərilən iştirak ərizəsinə də salınacaq.

Maraq üçün bildirək ki, bu futbolçu 1988-ci ildə anadan olub. “Videoton”da 2010-cu ildən etibarən 30 oyun keçirib, 6 qol vuran hücumçu 2011-ci ildə icarə əsasında “Videoton II” (5 oyun, 4 qol), 2011-2012 mövsümündə “Kecskemeti” (21 oyun, 15 qol) klublarında forma geyinib. O, Macarıstanın aşağı yaş qruplarından ibarət yığmalarında da oynayıb.
 
Lençşenin gəlişi ilə "Hapoel"dəki legioner futbolçuların sayı da çoxalmış olacaq. Son mövsümdə cəmi üç legionerlər oynayan komanda öncə David Solari ilə anlaşmışdı. Bu iki oyunçu ilə yanaşı "Hapoel"də amerikalı Brayan Gerziçiç, makedoniyalı Darko Tasevski, həmçinin serbiyalı Duşan Matoviç də çıxış edir. İsrail çempionunun qalan bütün oyunçuları isə yerli futbolçulardı.
 
Qeyd edək ki, “Neftçi” ilə “Hapoel”in birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.