31 iyul 2012 13:04

500 min avroluq yunan forvardın hansı klubuma keçdiyi dəqiqləşdi

Futbol üzrə Yunanıstan yığmasının hücumçusu Vangelis Mantsiosun Azərbaycanın aparıcı klublarının birindən təklif aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq onun Premyer Liqamızın hansı klubuna keçəcəyi dəqiqləşib.
 
Belə ki, Yunanıstan mətbuatının yazdığına görə, Vangelisi “Bakı” transfer edir. Artıq tərəflər müqavilə ilə bağlı bütün detalları müzakirə ediblər və razılığa gəliblər. Qeyd edək ki, 29 yaşlı futbolçunun məhz “Bakı”ya keçəcəyi öncədən də proqnozlaşdırılırdı. Çünki bu komanda yaxşı hücumçu axtarışında idi. Komandanın yeni baş məşqçisi Bojidar Bandoviç isə vaxtilə Yunanıstanda çalışdığından, bu ölkənin futbolçularını yaxşı tanıyırdı. Elə Mantsiosun paytaxt klubuna keçidi də məhz serb mütəxəssisin sayəsində gerçəkləşib. Amma hələlik “Bakı” bu transferlə bağlı rəsmi açıqlama yaymağa tələsmir.
 
Qeyd edək ki, hücumçu ilinə 150 000 avro qazanacaq. Vangelis həmçinin ölkəmizdə qazanacağı uğurların müqabilində də mükafatlar qazanmaq şansına malik olacaq. Belə ki, Azərbaycan kubokunu qazanacağı halda 50 min, Çempionlar Liqasının qrup mərhələsinə çıxacağı halda 80 min, Avropa Liqasının qrup mərhələsinə çıxacağı halda 50 min avro mükafat almaq şansı qazanacaq. Bundan əlavə o, mövsüm ərzindəki oyunların 60 faizində iştirak etsə, əlavə 30 000, 80 faizində iştirak etsə, 40 000 avro qazanc əldə edəcək. Mövsüm ərzində 12 qol vuracağı halda 20 000, 17 qoldan artığına imza atacağı halda 30 000 əlavə mükafat nəzərdə tutulub. Bütövlükdə isə, onun Azərbaycanda 500 min avro qazanmaq şansı var.
 
1983-cü ildə anadan olan Vangelis peşəkar karyerasında 2001-ci idlə “Panionios”da başlayıb. O, 2005-ci ilə qədər bu komandada 70 oyunda 15 qol vurub. 2005-2011-ci illər aralığında isə o, “Panathinaikos”un şərəfini qoruyub. Premyer Liqamızın potensial oyunçusu bu komandada 68 oyuna 19 qol vurub. Lakin həmin illərdə o, bəzi klublara icarəyə də verilib. Məsələn, 2008-ci ildə Almaniyanın “Eintracht” klubuna icarəyə verilən futbolçu burda 10 oyun keçirib, 1 qol vurub. 2010-cu ildə “Anorthosis” onu sıralarına qatıb (14 oyun, 9 qol). Həmin il həmçinin Portuqaliyanın “Maritimo” komandası da onu icarəyə götürüb. Amma o, burda cəmi 1 oyuna çıxıb. 2011-2012 mövsümündən etibarən isə o, OFI-yə məxsusdu. Futbolçu bu komandada 22 oyun keçirib, 7 qol vurub.
 
Vangelis 2005-ci ildən etibarən Yunanıstan yığmasına da çağırılır. O, bu komandada indiyə qədər 7 oyun keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.