31 iyul 2012 13:32
Azərbaycan klubundan ayrıldı, Ventspilsə keçdi
“Simurq”un sabiq futbolçusu İqor Tarasov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi bundan sonra “Ventspils”in şərəfini qoruyacaq.
Artıq Latviya yığmasının xavbeki yeni klubu ilə rəsmi müqavilə də imzalayıb. Qeyd edək ki, son mövsümdə Zaqatala klubunun şərəfini qoruyan futbolçu bu komandada 14 oyun keçirib, 3 qol vurub.
