31 iyul 2012 01:33
“Neftçidən ilk oyunda qol buraxmamaq çox vacibdi”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) qapıçısı Tori Amos UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutacaq qarşılaşma öncəsi bunları dilə gətirib:
“Biz “Neftçi”nin bəzi oyunlarına baxmışıq. Deməliyəm ki, çox güclü komandadı. Yaxşı hücum xətti var. Buna görə də bizim üçün ilk oyunda qol buraxmamaq çox vacibdi. Qol buraxmayacağımız istənilən nəticə məni qane edəcək”.
Qeyd edək ki, bu komandaların birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
