31 iyul 2012 14:30
Zeynal Məmmədov: O, Bakının hücum xəttini gücləndirə bilər
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov Yunanıstan millisinin sabiq hücumçusu Vangelis Mantsiosu transfer etmələrinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Transfer artıq həll olunub. Mantsios hazırda Bakıya gəlmək üçün viza almaqla məşğuldu. O, təcrübəli hücumçudu. Bizim hücum xəttimizi gücləndirə bilər. Onunla 1+1 şərti ilə müqavilə bağlamağa hazırlaşırıq. Mantsiosu heyətimizə qatmağı baş məşqçi Bojidar Bandoviç məsləhət görüb”.

Qeyd edək ki, yunan forvardın Bakıya gəlişi bu həftənin sonuna planlaşdırılıb.