31 iyul 2012 17:09
Diniyev: Elnur Məmmədliyə tənqidlərin əleyhinəyəm
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev həmyerlilərimizin London Yay Olimpiya oyunlarındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Dünən mən boksçumuz Elvin Məmişzadəyə azarkeşlik edirdim. Onun yarımfinala çıxacağını gözləyirdim. Amma çox təəssüf ki, Elvin ilk döyüşündəcə uduzdu. Bu gün isə Olimpiadanı olimpiya çempionumuz Elnur Məmmədli tərk etdi. Ondan hamı uğur gözləyirdi. Mən onun ünvanına tənqidlərin əleyhinəyəm. Dörd il öncə o, qəhrəman olmuşdu. İndi onu antiqəhrəman saymaq olmaz. Bizim bütün gənc idmançılarımıza dəstək lazımdı. Onlar öz üzərlərində daha çox işləməlidilər. Digər idmançılarımıza gəlincə, onların hələ özlərini göstərmək, Azərbaycan xalqını sevindirmək şansları var”.