31 iyul 2012 17:44
Neftçinin rəqibinə Messi lazım deyil
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gələcək İsrailin “Hapeol” (Kiryat Şmona) və Azərbaycanın “Neftçi” klubuna yazı həsr edib. Azerisport.az xəbər verir ki, yazıda İsrail çempionu barədə aşağıdakı fikirlər qeyd olunub:
“Kiryat Şmona “Hapeol”i ölkə çempionluğunu qazanıb, sürprizə imza atdığı kimi, indi də Çempionlar Liqasında “Neftçi”ni təəccübləndirməyə hazırlaşır. Bu komanda İsrail çempionatındakı uğurunun heç də təsadüfi olmadığını isbatlamaq istəyir. Baxmayaraq ki, onun rəqibi avrokuboklarda təcrübəli komanda sayıla bilər.
“Kiryat Şmona “Hapeol”i ölkə çempionluğunu qazanıb, sürprizə imza atdığı kimi, indi də Çempionlar Liqasında “Neftçi”ni təəccübləndirməyə hazırlaşır. Bu komanda İsrail çempionatındakı uğurunun heç də təsadüfi olmadığını isbatlamaq istəyir. Baxmayaraq ki, onun rəqibi avrokuboklarda təcrübəli komanda sayıla bilər.
“Hapeol” yarandıqdan 12 il sonra İsrail çempionu olub. Amma hələ top-klub səviyyəsinə çatmayıb. Çempionlar Liqasının gedişində hər şey dəyişə bilər. Qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində “Hapoel” Slovakiya “Jilina”sına məğlub olsa da, sonradan bu komandanı mübarizədən kənarlaşdırmağı bacardı. İndi pley-off mərhələsinə vəsiqə qazanmaq üçün eyni uğuru “Neftçi” ilə görüşlərdə təkrarlamaq lazımdı. İlk oyun İsraildə keçiriləcək.
“Hapeol”in heyəti demək olar ki, çempion olduğu mövsümdəki kimi qalmaqdadı. Kiryat Şmona təmsilçisinin heyətinə yalnız “Lecski”dən Darko Tasevski və “Keçkemet”dən Laslo Lençe qoşulub.
Klub prezidenti İzi Şeratskinin heyətlə bağlı səsləndirdiyi fikirlərə diqqət yetirək: “Futbolda ən vacib amil komandanın strukturudu. Əgər Lionel Messi kimi futbolçu bizim sistemmizə yeni nəsə verə bilsə, onu alardım. Əks halda başqa tipli futbolçular bizə lazım deyil”.
Əvəzində komandanın baş məşqçisi dəyişib. Ran Ben-Şimon Larnaka AEK-inə keçdiyindən onun boşaltdığı posta Gil Landu gətirilib. Yeni baş məşqçinin fikirlərinə diqqət: “Biz sübut etməliyik ki, uğurumuz təsadüfi deyil. Həmçinin elitadakı yerimizdə möhkəmlənməliyik”.
Komandanın hücumçusu Barak Badaş da maraqlı fikirlər səsləndirib: “Biz elə son mövsümdə necə idiksə, indi də eləyik. Yeganə dəyişiklik baş məşqçidi. Çempionlar Liqasının himni həmişə beynimdə səslənir”.
Qitə futbol qurumunun rəsmi saytı “Neftçi” barədə də bəzi məqamlara toxunub. Komandanın yarımmüdafiəçisi Rəşad Sadiqovun fikirlərinə yer ayrılıb: “Rəqibdən çəkinirkmi? Tezliklə “Hapoel” bizdən çəkinəcək. “Neftçi”nin avrokuboklarda təcrübəsi var. Əlbəttə, səfərdə baş tutacaq ilk oyunda işimiz asan olmayacaq. Amma Bakıda səfrəli nəticə qazana bilərik”.
Sonda “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyevin səhhətindəki problemlərlə əlaqədar yenə komandasının yanında olmayacağı, onu Tərlan Əhmədovun əvəzləyəcəyi vurğulanıb. Həmçinin müdafiəçi Elvin Yunuszadə ilə yarımmüdafiəçi Flavinyonun zədədən sonra bərpa olunduğu və heç bir itkinin olmaması qeyd olunub. Yalnız ciddi zədəsi olan hücumçu Bahodir Nasimov istisna olmaqla.
