31 iyul 2012 19:36
Neftçi İsraildə problemlə üzləşdi
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsrail “Hapoel”i (Kiryat Şmona) ilə səfər oyunu üçün bu gün səhər Təl-Əvivə yola düşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Təl-Əviv hava limanında problemlə üzləşib.
Belə ki, bir neçə azərbaycanlı futbolçunun və klub nümayəndələrinin pasportlarını alan israillilər onları təxminən saat yarım ləngidiblər. Azərbaycan təmsilçisinin rəsmiləri “Hapoel”in nümayəndələrinə müraciət etdikdən sonra problemi aradan qaldırmaq mümkün olub.
Qeyd edək ki, “Neftçi” bu axşam Kiryat Şmona təmsilçisinin sığındığı “Kiryat Elizer” stadionunda məşq və mətbuat konfransı keçirəcək.
