31 iyul 2012 19:58
İnterdən daha bir transfer (FOTO)
“İnter” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, “bankirlər” 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Abdulla Abatsiyevlə müqavilə bağlayıb.
19 yaşlı futbolçu bu gün “İnter”lə 2 illik anlaşmaya imza atıb. Abatsiyevin son klubu “Sumqayıt” olub. Yarımmüdaiəçi ötən mövsüm “Sumqayıt”ın heyətində 16 oyunda ümumilikdə 1282 dəqiqə oynayıb. Bu, müddətdə o, ümumilikdə 6 sarə vərəqə ilə cəzalanıb.
