31 iyul 2012 20:15

Maris Verpakovski: Bakıya qarşı hansı heyətlə oynaması Neftçinin öz işidi

“Bakı”nın hücumçusu Maris Verpakovski azerisport.az saytına müsahibəsində qarşıdan gələn yeni mövsümdən, eləcə də klublarımızın avrokuboklardakı çıxışından danışıb.
 
- Premyer Liqaya hazırlıqlar necə gedir?
- Hər şey öz qaydası ilə gedir. Yeni baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında hazırlaşırıq. Hazırda onun oyun fəlsəfəsinə alışmağa çalışırıq. Mövsümün startına az qalır. Ona görə də hazırlıqlar gücləndirilmiş şəraitdə davam edir.
 
- Siz “Bakı”ya gələndən bəri artıq üçüncü baş məşqçini görürsüz. Qəribə deyil?
- Əlbəttə, bir qədər qəribədi. Amma belə də olur. Şəxsən mən karyeramda belə hallarla üzləşmişəm. Belə olursa, deməli, komandanın oyununda problemlər var.
 
- Avropa Liqasında Sloveniya “Mura”sına məğlubiyyətin şokundan ayıla bilmisiz?
- Çalışırıq bu uğursuzluğu unudaq.
 
- Yeni mövsümün ilk turunda siz son çempion “Neftçi” ilə qarşılaşmalısız...
- Bu, bizim üçün yaxşıdı. “Bakı”nın avrokuboklardakı uğursuzluğu unutdurmaq üçün yaxşı imkanı olacaq.

- “Neftçi” hazırda Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisidi. Hesab etmirsiz ki, onlar sizə qarşı heç də əsas heyətlə mübarizə aparmayacaqlar?
- Mən bu barədə düşünməmişəm. Bunlar bizim problem deyil. Bizə sadəcə çıxıb öz oyunumuzu oynamaq, qələbə qazanmaq lazımdı. “Neftçi”nin hansı heyətlə oynaması artıq onların öz işidi.

- “Neftçi”nin İsrail “Hapoel”i (Kiryat Şmona) ilə oyunlarından nə gözləyirsiz?
- “Neftçi”nin gürcülərlə ilk oyununu izləmişdim. Yaxşı nəticə qazandılar. Amma “Hapoel” daha ciddi rəqibdi. Hesab edirəm ki, “Neftçi” növbəti mərhələyə adlamağa layiqdi. Bu, həm də Azərbaycanın UEFA reytinqinə müsbət təsir göstərəcək.
 
- Bəs mübarizəni dayandıran “İnter”lə “Xəzər Lənkəran” barədə nə deyə bilərsiz?
- “İnter”in “Asteras”la oyununa baxdım. Hesab edirəm ki, bu komanda çox yaxşı transferlər həyata keçirib və yeni mövsümdə çempionluq uğrunda da mübarizə apara bilər. Amma yunanlarla görüşdə onların bir qədər bəxtləri gətirmədi. “Xəzər Lənkəran”ın oyununu görməmişəm. Aydın məsələdi ki, “Lech” asan rəqib deyildi.
 
- “İnter” avrokubokların debütantına uduzdu, “Bakı” sonuncu dəfə ötən əsrdə avrokuboklarda çıxış etmiş kluba məğlub oldu. Sizcə, bütün bunları Azərbaycan futbolunun əsl səviyyəsi saymaq olar?
- “Bakı” “Mura”nı keçməyə borclu idi. Bu, heç müzakirə də olunmamalıdı. Amma “Asteras”ın “İnter”dən zəif komanda olduğunu deməzdim. Yunanıstanda böhran olsa da, “Asteras” çox möhkəm komanda idi. “Xəzər Lənkəran”ın rəqibi isə çox güclü idi. Hesab edirəm ki, bizim məğlubiyyətimizi çıxmaq şərtilə, bu avrokuboklar mövsümünü faciə saymaq olmaz.
 
- “Mura” sizdən sonra Sofiya CSKA-sını da mübarizədən kənarlaşdırdı...
- Bu, bir daha “Mura”nın heç də adi komanda olmadığının göstəricisidi.
 
- Bu yay başqa klublardan təkliflər almamışdınız?
- Əcnəbi klublardan təkliflər var idi. Amma mən bunlarla maraqlanmırdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.