31 iyul 2012 21:55

“Biz Neftçi ilə oyunda göstərmək istəyirik ki, futbolda pul hər şeyi həll etmir”

İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) baş məşqçisi Gil Landu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutacaq qarşılaşmadan öncə bunları dilə gətirib:
 
“Bizi iki çətin qarşılaşma gözləyir. Futbolçularıma meydanda sona kimi mübarizə aparmaq lazımdı. Aqressiv oyun sərgiləməliyik. Bizim əsas üstünlüyümüz komanda oyunudu. Düzdü, bizim elə də böyük maliyyə imkanlarımız yoxdu. Böyük komandalarla mübarizə apara bilmərik. Amma pul hər şeyi həll etmir və bunu meydanda göstərmək istəyirik”.
 
İsrailli mütəxəssis “Neftçi” barədə də danışıb: “Azərbaycan çempionu ÇL ərəfəsində dörd futbolçu ilə güclənib. Bu komanda ev oyunlarına üstünlük verir. Çünki evdə daha yaxşı oynayırlar. Amma onlar güman ki, ilk oyunda da uğurlu nəticə qazanmağa çalışacaqlar. Buna baxmayaraq, bizim hədəfimiz 90 dəqiqə oyuna nəzarəti əldə saxlamaqdı. Bizim yaxşı azarkeş ordumuz olacaq. Hansı ki, onlar bizdən uğur gözləyirlər. Bu barədə futbolçularıma da demişəm. Komanda hələ öz pik nöqtəsində deyil. Amma getdikcə daha da artıracağımıza əminəm”.
 
Qeyd edək ki, bu komandaların birinci oyunu sabah Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.