31 iyul 2012 11:27
Tərlan Əhmədov: Hapoel Zestafonidən iki dəfə güclüdü
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri ilk matç öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Məşqləriniz necə keçir?
- Normal qaydada. Xoşbəxtlikdən heç bir zədə yoxdu. Bu, çox vacib amildi. Futbolçularımız tam gücləriylə məşq edirlər. Hər dəfə daha yaxşı oynamağa çalışırlar. Başa düşürük ki, legionerlərə tam uyğunlaşmaq üçün vaxt lazımdı. İkinci təsnifat mərhələsində Gürcüstan “Zestafoni”si üzərində qələbə qazansaq da, bu futbolçular hələ tam uyğunlaşa bilməyiblər. Zaman keçdikcə onlar da komandaya tam gücləriylə kömək edə biləcəklər.

- Rodriqinyo özünü necə hiss edir?
- O da artıq uzun müddətdi komanda ilə birgə çalışır. Əgər bu tempdə davam etsə, 10-15 günə o da oynaya biləcək.

- “Hapoel”i izləyə bilmisiz?
- Onların Slovakiya “Jilina”sı ilə oyunlarını izləmişəm. Hər iki oyunda İsrail təmsilçisi slovaklardan daha yaxşı təsir bağışlayıb. Sərt Avropa futboluna üstünlük verirlər. Mənəvi cəhətdən çox yaxşı hazırlıqlı təsir bağışlayırlar, konsentrasiyanı qətiyyən itirmirlər. Müdafiədən hücuma sürətli keçməyi bacaran əla yarımmüdafiə xətti var. Topu özlərində saxlamağı sevirlər. Rəqibi əsəbləşdirməyə çalışırlar.
- Onlar “Zestafoni”dən çox güclüdülər?
- İki dəfə. “Neftçi”ni İsrail çempionu ilə daha çətin sınaq gözləyir.

- Gürcüstanda keçirilən oyun göstərdi ki, “Neftçi” müdafiə futbolu oynaya bilmir. Bəs İsraildə necə olacaq?
- Bizə mümkün qədər səliqəli oynamaq və qol vurmaq lazımdı. Müdafiədə yaxşı oynamalıyıq. “Hapoel”ə topla çox davranmağa imkan verməməliyik. Qapımızın toxunulmazlığını qorumağa fikir verib, imkan düşən kimi rəqib qapısına yol tapmaq haqda düşünməliyik. Əgər İsraildə uduzmasaq, növbəti mərhələyə vəsiqənin taleyini Bakıda həll edə bilərik.
- Heyətdə dəyişiklik olacaq?
- Olsa da, bir mövqedə olacaq. Amma İsraildə necə olacağını heç kim bilmir.

- Baş məşqçi Böyükağa Hacıyevlə söhbətləşirsiz?
- Biz hamımız ona can sağlığı arzulayırıq. Əlbəttə, çalışırıq ki, onun durumundan daim xəbər tutaq. Başa düşürük ki, komandamızın mümkün uğuru onu nə qədər sevindirə bilər.
- Artıq “Bakı” ilə oyunun təxirə salınmasına qərar vermisiz?
- Biz bunun mümkünlüyünü klub rəhbərliyi ilə müzakirə etmişik. Hələlik yekun qərar olmayıb. Hər şeyə İsraildəki oyundan sonra aydınlıq gələcək. Hər halda arada daha bir oyun keçirmək heç kimə mane olmazdı.

- Hiss edirsiz ki, tarix yazmağa çox yaxınsınız?
- Biz bu barədə düşünməməyə çalışırıq. Ancaq futbola köklənmək istəyirik. Amma qələbə qazanmağı da çox istəyirik.

- Daha çox Avropa Liqası barədə düşünürsüz?
- Əgər Çempionlar Liqasındayıqsa, niyə Avropa Liqası barədə düşünək? Əgər növbəti mərhələyə adlasaq, bizim ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq şansımız da olacaq.

- Transferlər gözlənilirmi?
- Hələlik planlaşdırmırıq. Mümkündü ki, avqustun sonunda kimisə götürək. Amma hələ bu məsələ gündəmdə deyil.