31 iyul 2012 11:38
Çesnauski Bakıdan ayrılır
“Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauski milli komandaya dəvət alıb. Azerisport.az xəbər verir ki, Litva Futbol Federasiyasından klubun rəsmi ünvanına daxil olan dəvətə əsasən, Deyvidas milli komandanın sıralarına çağırılıb.
Deyvidas Çesnauski 13-16 avqust tarixlərində Litva yığmasının düşərgəsində yer alacaq. Qeyd edək ki, Litva milli komandası 16 avqust 2012-ci il tarixdə Skopyedə Makedoniya ilə qarşılaşacaq. Oyun yerli vaxta saat 20:00-da başlanacaq.
