31 iyul 2012 11:44
Neftçi İsrailə yola düşdü
Avqustun 1-də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiryat-Şmona təmsilçisi “Hapoel”lə ilk oyuna çıxacaq “Neftçi” bu gün İsrailə yola düşüb. Azerisport.az xəbər verir ki, çarter reysi ilə öncə Təl-Əvivə gedən komandamız ordan oyunun keçiriləcəyi Hayfa şəhərinə avtobusla yollanacaq.
Bu gün oyunun keçiriləcəyi “Kiryat Eliezer” stadionunda “ağ-qaralar”ın məşqçisi Tərlan Əhmədovun mətbuat konfransı, həmçinin komandamızın məşqi nəzərdə tutulub.
Qeyd edək ki, bu komandaların birinci oyunu sabah Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
