31 iyul 2012 12:25
Qarabağ bu gün Bakıda ilk məşqə çıxacaq
Xəbər verdiyimiz kimi, Türkiyə toplanışını başa vuran “Qarabağ” artıq Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, dünən 1 aylıq təlim-məşq toplanışını başa vuraraq Ankara–Bakı reysiylə vətənə dönən komanda 18:00-da Bakıya çatıb.
Bu gün isə ağdamlılar paytaxtda ilk məşqə çıxacaqlar. “Qarabağ” Bakıya tam heyətlə qayıdıb. Bazar günü Premyer Liqanın ilk turunda “İnter”lə qarşılaşacaq komandanın bu günə tək çalışması var. Saat 6:00-da bazaya yığışacaq komanda üzvləri 19:00-da Suraxanı qəsəbə stadionunda ilk məşqə çıxacaqlar.
