31 iyul 2012 12:38
Yığmamızın hücumçusu üçün növbəti şans
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov sabah İspaniyanın “Elche” klubunda növbəti oyununa çıxa bilər. Azerisport.az xəbər verir ki, o, “Eldense” klubu ilə yoxlama matçında çıxış etmək şansına malikdi.
Qeyd edək ki, bu, Umarovun komandasının yeni mövsüm öncəsi dördüncü sınaq matçı olacaq. Bundan öncə keçirilən “Santa Pola” (3:2), “Aspe” (10:0) və “Almoradi” (3:0) ilə oyunlarda millimizin üzvü də çıxış etmişdi. Rizvan bu oyunların hamısında iştirak edib, ilk iki oyunda hətta məhsuldar ötürmə ilə yadda qalıb.
