1 avqust 2012 01:02
“Neftçi ilə oyunda meydan amilindən yararlanmalıyıq”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) hücumçusu Şimon Abihazira UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Hayfada baş tutacaq qarşılaşmadan öncə bunları dilə gətirib:
“Biz istənilən oyuna ciddi yanaşırıq. Ümid edirəm ki, meydan amilindən yararlana və qələbə qazana biləcəyik. İrəli qaçmayacağıq. Hələ növbəti mərhələ barədə düşünmürük. Öncə ilk oyunda qələbə qazanmalıyıq, bu rəqibi keçməliyik. Ondan sonra növbəti rəqiblər barədə düşünmək olar”.
Qeyd edək ki, bu komandaların birinci oyunu bu gün Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
