1 avqust 2012 12:55
İnter ev oyunlarını harda keçirəcək?
Xəbər verdiyimiz kimi, “Şəfa” stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar “İnter” Premyer Liqanın yeni mövsümündəki ilk iki oyununu başqa arenada keçirmək məcburiyyətində qalacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu öncə rəqiblərini Zirə Olimpiya Kompleksinin stadionunda qəbul etmək istəyib.
Amma məlum olmayan səbəblərdən “bankirlər” qərarlarını dəyişiblər. Belə ki, “İnter” ilk iki ev oyununu “AZAL Arena”da keçirmək fikrinə düşüb. Bakılılar ilk turda qəbul etməli olduqları “Qarabağ”la məhz Şüvəlanda üz-üzə gələcəklər.
Qeyd edək ki, bu komandala arasındakı oyun avqustun 5-də baş tutacaq. “İnter”in növbəti ev oyunu isə avqustun 19-da “Xəzər Lənkəran”a qarşı olacaq.
