1 avqust 2012 13:39
Qarabağda Vaqif Cavadov şoku
“Qarabağ” Premyer Liqanın startı ərəfəsində ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı oyunçusu Vaqif Cavadov mövsümün ilk turunun “İnter”lə oyununda iştirak edə bilməyəcək.
Buna onun zədə ilə üzləşməsi səbəb olub. Türkiyə toplanışında zədələnən hücumçunun durumu o qədər də yaxşı deyil. Bu üzdən də o, minimum bir tur komandasına kömək edə bilməyəcək.
