1 avqust 2012 23:21

Neftçinin böyük arzuları suya düşdü (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin həyəcanı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu gün pley-off mərhələsinə vəsiqə uğrunda birinci oyununa çıxıb.
 
Məlum olduğu kimi, komandamız ÇL-in cari mövsümündəki ilk cəhdində Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşmışdı. Bakıdakı ilk oyunda 3:0 hesablı darmadağına imza atan “ağ-qaralar” Gürcüstandakı qarşılaşmada da məhsuldar heç-heçəyə (2:2) nail olmaqla, mərhələ adlamışdı. İndi Azərbaycan çempionu eyni aqibəti İsrailin “Hapoel” (Kiryat Şmona) klubuna da yaşatmaq iddiasındaydı. İlk oyununu səfərdə keçirən təmsilçimiz bu görüşdə sərfəli nəticə qazanmalıydı ki, Bakıda baş tutacaq cavab matçında mərhələ keçmək şansları daha çox olsun. Əks halda tarixi zəfər şansı azala bilərdi. Çox təəssüf ki, İsraildəki görüşdə "Neftçi" ümidləri qətiyyən doğrultmayıb. Dörd cavabsız qol vuran israillilər demək olar ki, cütün taleyini həll ediblər.
 
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
 
HAPOEL (Kiryat Şmona) – NEFTÇİ - 4:0 (1:0)
Qollar: B.Badaş, 42-pen, Ş.Abihazira, 52 (2:0), B.Gerziçiç, 70 (3:0), B.Gerziçiç, 76 (4:0)
Hayfa. “Kiryat-Eliazer” stadionu.
Hakimlər: Alan Kelli, Damyen Makqreyt, Mark Duqlas, Qraham Kelli (hamısı İrlandiya).
 
HAPOEL: 13. Daniel Amos, 5. Şir Çedek, 10. Barak Badaş, 15. Elyad Qabay, 17. Sali Hassarami, 18. Brayan Gerziçiç, 19. Şimon Abihazira, 22. Darko Tasevski, 23. Adrian Rohet (k), 24. David Solari, 81. Duşan Matoviç.
Ehtiyat oyunçular: 45. İtamar Niçan, 4. Ben Vaaba, 6. Ravid Qazal, 7. Ahmed Abed, 20. Lior Levi, 21. Elsan Tibi, 29. Laslo Lençe.
NEFTÇİ: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 8. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
 
Oyun başladı
1. Abihaziranın zərbəsi Raufda qalır
4. Meydan sahibləri cərimə zərbəsi vurmaq hüququ qazanırlar. Solarinin cərimə zərbəsi qapıdan aralı keçir
5. Qapımız qarşısında təhlükəli vəziyyət yaransa da, Rauf topu tutmağı bacarır
5. İmamverdiyevin zərbəsi qapıdan aralı keçir
7. "Neftçi" start həyəcanını boğaraq, irəli atılmağa başlayıb. Flavinyonun zərbəsi qapıdan yan keçir
10. Sakit oyun gedir və tərəflər tələsməməyə çalışırlar
12. İsraillilərin təhlükəli hücumu zamanı Badaşın zərbəsi dəqiq olmur
13. "Hapoel" cərimə zərbəsi vurur. Rauf öncə topu qaytarsa da, hücumun davamında rəqib futbolçu az qala hesabı açacaqdı. Amma son anda Mitreski topu boş qapıdan çıxarır. İnanılmaz!
13. "Hapoel" ilk korneri yerinə yetirir: Müdafiəçilərimiz sayıqdılar
14. "Neftçi" rəqibi əla əks-hücumda yaxalasa da, futbolçularımız bu şansdan yararlana bilmirlər
14. "Neftçi"nin hücumu zamanı rəqib futbolçular topu təhlükəli zonadan uzaqlaşdırırlar
16. Rəqib futbolçulardan biri zədələndiyi üçün oyunda kiçik fasilə yaranır
18. Bu, Solaridi. Onun oyunu davam etdirə bilməyəcəyi bildirilir
20. Meydan sahiblərinin təhlükəli hücumunun qarşısını müdafiəçilərimiz alırlar
21. Solarinin əvəzində meydana Ravid Qazal çıxır
23. Mitreski həmyerlisi Tasevskiyə qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalanan ilk futbolçu olur
24. Hassarami cərimə zərbəsini uğursuz yerinə yetirir
26. Badaşın zərbəsi zamanı yenə Mitreski özünü topun qarşısına atır. Meydan sahibləri bu epizoddan penalti gözləsələr də, hakim davam işarəsi verdi
27. Adətən künc zərbələrində istifadə etdiyimiz xüsusi gedişi cərimə zərbəsində həyata keçirsək də, Sadiqovun yekun vuruşunda top qapıdan xeyli aralı keçir
30. Bu dəqiqələrdə oyun daha çox meydanın mərkəzində keçir. Hər iki tərəf çoxlu top itkisinə yol verir: oyun tərzlərinin əksinə olsa da...
32. Hassarami topu əllə saxladığı üçün sarı vərəqə alır
34. Rəqibin çox təhlükəli hücumu zamanı Matoviçin fərqlənməsinə son anda Rauf mane oldu
34. Abihaziranın növbəti zərbəsini isə müdafiəçilər uzaqlaşdırırlar
36. "Hapoel" təzyiqi artırıb. Cinah ötürməsini Abihazira başla qapıya ünvanlasa da, dəqiq olmur
40. Meydan sahiblərinin sağ cinahdan hücumları çox təhlükəli alınır. Bütövlükdə, cinahlar çox fəaldı
41. Mitreski rəqib oyunçunu yıxmaqla penaltiyə səbəb olur
42. Badaş Raufla mübarizədən qalib ayrılır - 1:0
45. Bertuççinin qapı qarşısına əla ötürməsini son anda qapıçı zərərsizləşdirir
45. İlk yarıya 3 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Fasilədən sonra da tərəflər ehtiyatlı oyuna üstünlük verirlər
52. Müdafiəçilərin arxasına atılan topu qəbul edən Abihazira Raufla üz-üzə qalaraq, aşırma zərbə ilə hesab arasındakı fərqi artırdı - 2:0
55. "Neftçi" nədənsə hələ də də hücumda aqressiv deyil. Ön xəttdə daha fəal olmaq lazımdı
55. Nəhayət ki, Flavinyo rəqib qapıya zərbə endirir. Azacıq dəqiqlik çatışmır
55. Rəqib bütün diqqətini müdafiəyə yönəldib və əks-hücum futbolu oynayır
58. Bertuççinin zərbəsi qapıdan aralı keçir
58. Cavidin əvəzində meydana M.Seyidov çıxır
60. "Neftçi" artıq geriyə yol olmadığını görüb hücum futbolu oynamağa başlayıb
62. Bertuççinin təhlükəli zərbəsi qapıdan azacıq yan keçir
64. Hesabda öndə olan "Hapoel" üçüncü hücumçunu meydana buraxır: Yarımmüdafiəçi Tasevskini hücumçu Abed əvəzləyir
66. "Neftçi" qola çox yaxın idi. Flavinyo əla hücumu zərbə ilə tamamlasa da, qapıçı əla reaksiya nümayiş etdirir
66. Seyidovun zərbəsi qapıdan yan keçir
67. Kanales qapıçı ilə üz-üzə qalsa da, Amos yenə hücumçumuz üçün keçilməz olur
69. "Hapoel" künc zərbəsi qazanır: müdafiəçilərin kobud səhvi nəticəsində qarışıqlıqdan istifadə edən Gerziçiç hesabı darmadağın həddinə çatdırır - 3:0
73. B.Badaş sarı vərəqə ilə cəzalanır
74. Bertuççidən daha bir qeyri-dəqiq zərbə
75. "Hapoel"in korner vuruşu zamanı Rail təhlükəni sovuşdurur
76. Növbəti korner zamanı yenə qarışıqlıq, yenə müdafiəçilərimizin kobud səhvi və yenə Gerziçiçin qolu - 4:0
77. Badaş yerini komandanın yeni transferi Laslo Lençeyə verir
79. Təhlükəli əks-hücum zamanı Mehdiyev topu kornerə çıxarır
79. Korner zamanı nəhayət ki, Rauf topu uzaqlaşdıra bilir
80. Flavinyonun əvəzində meydana A.Abdullayev çıxır
84. Lençenin zərbəsi qapının üstündən keçir
86. "Neftçi" korneri uğursuz yerinə yetirir
87. "Neftçi" inanılmaz qol şansından yararlana bilmir
88. Lençenin daha bir zərbəsi qapının üstündən keçir
90+1. Çedek kobud oyuna görə sarı vərəqə alır
90+3. "Neftçi" korneri boşa verir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.