1 avqust 2012 14:17
Xəzər Lənkəran 2 oyunçudan imtina edib, üçünü çağırdı
“Xəzər Lənkəran” yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, Lənkəran klubu baxışa çağırdığı iki iranlı futbolçu ilə bağlı qərarını açıqlayıb.
Belə ki, baş məşqçi Yunis Hüseynov onları bəyənmədiyindən geri qaytarılıblar. Onlar Təbrizdən dəvət olunubmuş.
Həftəsonuna qədər “Xəzər Lənkəran”a başqa legionerlərin gəlməsi gözlənilir. Onların arasında qapıçı da olacaq. Hansı ki, transferə çıxarılan Kamran Ağayevi əvəzləməlidi.
