1 avqust 2012 14:53
PFL Neftçi – Bakı matçı ilə bağlı qərarını açıqladı
Peşəkar Futbol Liqası Premyer Liqanın 1-ci turunun “Neftçi” – “Bakı” matçı ilə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, qurumun rəsmi saytının bu matçla bağlı yaydığı məlumatda qeyd olunur:
“Neftçi" PFK-nın 01.08.2012-ci il və 08.08.2012-ci il tarixində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları ilə əlaqədar olaraq və "Neftçi" PFK-nın PFL-ə ünvanladığı müraciət məktubuna əsaslanaraq
ƏMR EDİRƏM
Premyer Liqanın I turunun "Neftçi" - "Bakı" matçı 05.08.2012-ci il tarixindən başqa vaxta keçirilsin.
PFL-in prezidenti Ramin Musayev”.
