1 avqust 2012 15:04
Sumqayıtın yeni transferləri komandadan ayrı düşdü
Türkiyənin Nevşehir bölgəsində təlim-məşq toplanışını başa vuran “Sumqayıt” Futbol Klubu bir günlük istirahətin ardından yenidən məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığa başlayan Bernard Raabın komandası səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb.
Taner Taktak, Aqşin Muxtaroğlu, Sabir Allahquliyev və Uğur Pamuk zədəli olduğu üçün fərdi məşqlərlə kifayətlənib. Komanda saat 18:00-da növbəti məşqini keçirəcək.
Qeyd edək ki, “Sumqayıt” Futbol Klubu Premyer Liqanın I turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq.
