1 avqust 2012 03:21
Qrup mərhələsinə yekun vuruldu
London Yay Olimpiadasında qadın futbolçulardan ibarət milli komandaların mübarizəsində qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma baş tutub.
E qrupunda meydan sahibləri Böyük Britaniya millisi Braziliya yığmasını məğlub edib. Yeni Zelandiya isə Kamerundan üstün olub.
F qrupunda üz-üzə gələn Kanada və İsveç yığmalarının görüşündə qalib müəyyənləşməyib. Qrupun digər görüşündə isə hesab açılmayıb.
G qrupunda Fransa Kolumbiyanı tək qolla keçib. ABŞ - Şimali Koreya oyununda da birincilər eyni hesablı qələbəyə seviniblər.
London-21012
Qadın futbolu
Qrup mərhələsi
31 iyul
E qrupu
Böyük Britaniya - Braziliya - 1:0
Yeni Zelandiya - Kamerun - 3:1
Böyük Britaniya – 9, Braziliya – 6, Yeni Zelandiya – 3, Kamerun – 0.
F qrupu
Kanada - İsveç - 2:2
Yaponiya - CAR - 0:0
İsveç – 5, Yaponiya – 5, Kanada – 4, CAR – 1.
G qrupu
Fransa - Kolumbiya - 1:0
ABŞ - Şimali Koreya - 1:0
ABŞ – 9, Fransa – 6, Şimali Koreya – 3, Kolumbiya – 0.
