1 avqust 2012 15:46
Şahin Diniyev: Hapoel yalnız kağız üzərində favoritdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”lə (Kiryat Şmona) oyundakı şanslarından danışıb.
- Vaxtilə İsrail çempionatında çıxış etmisiz. Həmin dövrlə müqayisədə İsrail futbolu çoxmu dəyişib?
- Şübhəsiz ki, çempionat daha da güclü olub. İsraildə futbolu sevirlər və oynamağı bacarırlar. Onların futbolu ispan futboluna daha yaxındı. Topa nəzarəti rəqibə vermək olmaz. Çünki kompakt oynamağı sevirlər. “Hapoel” gənc komandadı, amma özünü sübut etməyi bacarıb.

- “Hapoel” haqda bildiyiniz elə bunlardan ibarətdi?
- Onlar futbolun o qədər də populyar olmadığı şəhəri təmsil edirlər. Amma yaxşı maliyyə şərtləri onlara belə klub yaratmağa imkan verib. Öz stadionlarında beynəlxalq oyunların keçirilməsinə icazə verilmir. Bəlkə də bu, “Neftçi”nin xeyrinə olan amillərdən sayıla bilər.

- “Hapoel”in “Jilina” ilə oyununa baxmamısız?
- Bəli, baxmışam. “Hapoel” bütün 90 dəqiqəni hücumda keçirib. Xüsusilə də sürət baxımından çox yaxşı təsir bağışlayırlar. İki ötürməyə rəqib qapısı önündə peyda ola bilirlər.
- Sizcə, favorit hansı komandadı?
- “Hapeol”. Amma bu, yalnız kağız üzərindədi. “Neftçi” elə ilk görüşdə hər şeyi öz xeyrinə dəyişə bilər. Uşaqlar özləri də bilirlər ki, tarix yaza bilərlər. Ona görə də belə fürsəti əldən vermək olmaz. Özü də bizim öz üstünlüklərimiz var.

- Hansı üstünlükləri nəzərdə tutursuz?
- “Hapoel” “Neftçi”ni öz meydanında qəbul etmir. Bundan əlavə “Neftçi” sürətdə də pis təsir bağışlamır. Komandamız rəqibi əks-hücumlarda cəzalandıra bilər. Mən Bruno Bertuççinin yaxşı oyununa çox ümid bəsləyirəm. O, öz çıxışı ilə israilliləri təəccübləndirə bilər. Ona həmçinin Julius Vobay da kömək edə bilər.

- Deməli, siz açıq futbol təklif edirsiz?
- Xeyr. Bu, komandaya baha başa gələ bilər. Sadəcə, balans yaratmaq lazımdı. “Neftçi”nin məşqçilər korpusu bunu məndən də yaxşı bilirlər ki, öz futbolçularını oyuna necə hazırlamaq lazımdı. Düzgün taktika seçimi sayəsində “Neftçi” bu rəqibini hər iki oyunda üstələyə bilər. Tələsmək lazım deyil.

- İnanırsız ki, “Neftçi” bu komandanı keçə biləcək?
- Niyə də yox? “Hapoel” Avropa futbolunun qrandlarından deyil. Orta səviyyəli bir çempionatın iştirakçısıdı. Əgər “Neftçi” onları məğlub edə bilsə, bütün ölkə onlardan danışacaq. Bizə səfərdə qol vurmaq lazımdı. Bu, işimizi yüngüülləşdirə bilər. Əsas arxayınlaşmamaqdı.