1 avqust 2012 16:02
Georgi Nikolov: AZAL rəhbərliyi ilə razılığa gəlmişik
“İnter”in prezidenti Georgi Nikolov yeni mövsümün ilk turlarında keçirəcəkləri ev oyunlarını harda keçirəcəklərinə aydınlıq gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AZAL-ın stadionu bizim üçün ən münasib variantdı. Artıq klub rəhbərliyi ilə razılığa gəlmişdik. Nəzərə alsaq ki, “Şəfa” stadionunun qazonu avqustun 25-dən sonra hazır olacaq, ev oyunlarımızı “AZAL Arena”da keçirməyə məcburuq. Məşqçilər korpusu ilk turdakı “Qarabağ”la oyunun istiyə görə gec saatlarda keçirilməsini xahiş ediblər. Bu üzdən də “Qarabağ”la oyun 20:00-da başlayacaq”.