1 avqust 2012 16:12
Premyer Liqanın açılış turunun proqramı açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, yeni mövsümün açılış turunun oyun cədvəli aşağıdakı kimidi.
Belə ki, avqustun 4-də "Sumqayıt" AZAL-la, "Simurq" "Qəbələ" ilə, "Kəpəz" isə "Turan"la qarşılaşacaq.
Turun daha iki oyunu isə bazar günü baş tutacaq. "Rəvan" - "Xəzər Lənkəran" və "İnter" - "Qarabağ" oyunları ilə tura müvəqqəti yekun vurulmuş olacaq. Turun daha bir oyunu – “Neftçi” – “Bakı” qarşılaşması isə məlum səbəblərdən başqa vaxta keçirilib.
Premyer Liqa
1-ci tur
4 avqust (şənbə)
"Sumqayıt" - AZAL
Mehdi Hüseynzadə adına stadion. Saat 18:30
"Simurq" - "Qəbələ"
Zaqatala şəhər stadionu. Saat 19:00
"Kəpəz" - "Turan"
Gəncə şəhər stadionu. Saat 18:30
5 avqust (bazar)
"Rəvan" - "Xəzər Lənkəran"
"Dalğa Arena" stadionu. Saat 20:00
"İnter" - "Qarabağ"
"AZAL Arena" stadionu. Saat 20:00
