1 avqust 2012 16:42
İnterdə növbəti müqavilə
“İnter” daha bir transfer reallaşdırıb. Azerisport.az xəbər verir ki, “bankirlər” yarımmüdafiəçi Abdulla Abatsiyevlə 2 illik müddətinə müqavilə imzalayıb.
Artıq məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Xatırladaq ki, A.Abasiyev ötən mövsüm “Sumqayıt” klubunda çıxış etmişdi.
Qeyd edək ki, yeni oyunçu həm də Azərbaycanın gənclərdən ibarət milli komandasının üzvüdü və yığmanın heyətində 2012-ci ildə 3 rəsmi matçda meydana çıxmışdı.
Əlavə edək ki, 2010-cu ildə futbolçu U-19 komandasının heyətində də mübarizə aparmışdı.
