1 avqust 2012 17:01
İnter yeni mövsüm üçün sifariş ərizəsini açıqladı
“İnter” Peşəkar Futbol Liqasına növbəti mövsüm üçün sifariş ərizəsini təqdim edib. Azerisport.az xəbər verir ki, “bankirlər” 26 futbolçu sifariş edib.
“İnter”in heyətində 2012-2013-cü il mövsümündə çıxış edəcək futbolçuların siyahısını təqdim edirik:
Qapıçılar: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze;
Müdafiəçilər: İliya Kandelaki, Vladimir Levin, Arif Daşdəmirov, Ruslan Əmircanov, Bryus Abdullay, Haynts Barmettler, Valeri Abramidze, Ruslan Cəfərov;
Yarımmüdafiəçi: Asif Mirili, Abdulla Abatsiyev, İbrahim Niasse, Nizami Hacıyev, Asif Məmmədov, Samir Zərgərov, Petar Zlatinov, Daniel Genov, Slavço Georgiyevski, Fuad Bayramov, Aleksandr Qross;
Hücumçular: Baçana Tsxadadze, Tales Şuts, Georgi Adamiya, Ramil Mansurov.
Qeyd edək ki, “İnter”in əvəzedici heyəti birinciliyin oyunları üçün 30 futbolçu sifariş edib.
