1 avqust 2012 17:14
Neftçi - Bakı matçının başlama saatı açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin Azərbaycan birinciliyində 1-ci turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, əvəzedicilərin çempionatında oyun cədvəli aşağıdakı kimidi.
Cümə günü start götürəcək ölkə birinciliyində öncə "Sumqayıt" AZAL-la, "Simurq" "Qəbələ" ilə, "Kəpəz" isə "Turan"la münasibətlərinə aydınlıq gətirəcək.
Turun qalan üç oyunu - "Neftçi" - "Bakı", "Rəvan" - "Xəzər Lənkəran" və "İnter" - "Qarabağ" görüşləri isə şənbə gününə təsadüf edəcək.
Əvəzedicilərin çempionatı
1-ci tur
3 avqust (cümə)
"Sumqayıt" - AZAL
"Dalğa Arena" stadion. Saat 18:30
"Simurq" - "Qəbələ"
Zaqatala şəhər stadionu. Saat 17:00
"Kəpəz" - "Turan"
Gəncə şəhər stadionu. Saat 18:30
4 avqust (şənbə)
"Neftçi" - "Bakı"
"Dalğa Arena" stadionu. Saat 17:00
"Rəvan" - "Xəzər Lənkəran"
"Dalğa Arena" stadionu. Saat 18:00
"İnter" - "Qarabağ"
Zabrat qəsəbə stadionu. Saat 18:30
