1 avqust 2012 17:41
Böyükağa Hacıyev Moskvada əməliyyat olundu
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Rusiyanın paytaxtı Moskva şəhərində müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, artıq “ağ-qaralar”ın məşqçisinin gözlənilən əməliyyatı da həyata keçirilib.
Mütəxəssisin yaxınlarından aldığımız məlumata görə, əməliyyat uğurlu olub. Hacıyev hazırda özünü yaxşı hiss edir. Amma hələlik onun xəstəxanada nə qədər yatacağı bəlli deyil.
Qeyd edək ki, “Neftçi”nin məşqçisi artıq bir aya yaxındı müalicə olunur.
