1 avqust 2012 18:25
Rauf Əliyevdən AFFA-ya təşəkkür (FOTO)
İyulun 29-dan etibarən Oğuz şəhərində Açıq Əyləncəli Futbol Məktəblərinin məşqçiləri üçün seminar keçirilir. Azerisport.az xəbər verir ki, AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyevin AFFA-nın rəsmi saytına verdiyi məlumata görə, bu il Azərbaycanda Açıq Əyləncəli Futbol Məktəbləri 10-cu mövsümə başlayır:
"Seminarda Sumqayıt, Qusar, Masallı, Yardımlı, Oğuz, Yevlax, Ağdam, Bərdə, Astara, Mingəçevir və Göyçaydan olan 120 məşqçi iştirak edir. Bu məşqçilər seminarda aldıqları biliklərini sentyabrda başlayacaq Açıq Əyləncəli Futbol Məktəblərinin fəaliyyətində tədbiq edəcəklər. Ümumiyyətlə, 10 məktəbin fəaliyyətində 2000 uşaq, 120 məşqçinin iştirakı nəzərdə tutulub. Bu məktəblərin müvəffəqiyyətlə fəaliyyət göstərməsində AFFA-nın çox böyük əməyi var. Buna görə Açıq Əyləncəli Futbol Məktəblərinin bütün kollektivi adından AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk".
