1 avqust 2012 19:23
Avrokuboklarda 4-cü İsrail – Azərbaycan dueli
Məlum olduğu kimi, Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsrailin “Hapoel” (İroni Kiryat) klubu ilə mübarizə aparır. Azerisport.az xəbər verir ki, bu Azərbaycan və İsrail klubları arasında 4-cü qarşıdurma olacaq.
İndiyədək klublarımız İsrail təmsilçiləri ilə avrokuboklarda 3 dəfə qarşılaşıblar. Bunlardan biri İntertoto Kubokunda, ikisi Avropa Liqasında baş tutub. Bu qarşılaşmalarda 1-də biz, 2-də israillilər mərhələ adlayıblar. 6 oyundan 1-də qələbə qazanan, 1-də heç-heçə edən təmsilçilərimiz 4-də məğlub olublar.
İlk dəfə “Qarabağ” 1999-2000 mövsümündə Hayfa “Maccabi”si ilə üz-üzə gəlib. Bir oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb, digərində 0:1 hesabı uduzub və mərhələ keçib.
2009-2010 mövsümündə “Simurq” Avropa Liqasında “Bnei Yehuda”ya rəqib olub. Hər iki oyunda israillilər qələbə qazanıb – 1:0, 3:0.
2011-2012 mövsüsündə isə “Xəzər Lənkəran” bu turnirdə Təl-Əviv “Maccabi”si ilə üz-üzə gəlib. İsrail klubu evdə 3:1 hesablı qələbə qazanıb. Lənkərandakı oyun isə 0:0 hesabı ilə yekunlaşıb.
