1 avqust 2012 19:32
Qarabağda Vaqiflə yanaşı daha bir futbolçu sıradan çıxdı
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın ilk turunda “İnter”in qonağı olacaq komanda hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçir.
Start oyununda komandanın 2 itkisi var. Vaqif Cavadov və Hacı Əhmədovun “bankirlər”lə oyunu buraxacağı dəqiqdi. Vaqifin təxminən 10 günə hazır olacağı gözlənilir. Hacının formasının bir qədər gəc bərpa etməsi ehtimal olunur.
