1 avqust 2012 11:08

İqor Mitreski: İsraildə heç-heçədən imtina etməzdim, amma...

“Neftçi”nin müdafiəçisi İqor Mitreski UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri ilk matç öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Rəqib barədə nə deyə bilərsiz?
- “Hapoel”in çox yaxşı heyəti var. Komandada yaxşı oyunçular cəmləşib. Əminəm ki, onlarla oyunlarımız adi olmayacaq. Son görüşlərinin videoyazısını izləmişik. Amma onu da deməliyəm ki, biz bu komandanı keçəcək gücdəyik.
 
- İsrail futbolu nə dərəcədə yaxşı tanıyırsız?
- 2005-ci ildə bu ölkənin “Beytar” klubuna qarşı oynamışam. O zaman İsrail klublarının səviyyəsi ilə tanış olmuşdum. Kifayət qədər yüksək səviyyəli klubları var. Özü də onlarda qazonla bağlı problem olmur. İlk oyun üçün bizim müəyyən üstünlüyümüz olacaq. Amma bunu da böyük üstünlük saymaq olmaz. Bu, “Hapoel”in ev oyununu Kiryat Şmonada yox, Hayfada keçirməsidi. Belədə, istədikləri dəstəkdən məhrum olacaqlar.
 
- İsraildən dostlarınız var?
- “Hapoel”də Darko Tasevski oynayır. Deməzdim ki, o mənim yaxın dostumdu. Amma bir-birimizi yaxşı tanıyırıq. Çoxdan idi əlaqə saxlamırdıq. Onu görməyimə şad olacam.
 
- İlk oyundan nə gözləyirsiz?
- Bizə müdafiədə diqqətli oynamaq və rəqib hücumçuları zərərsizləşdirmək lazımdı. “Hapoel” erkən qol vurmağa çalışacaq. Amma biz onlara belə bir imkan yaratmamalıyıq.

- Yəni əsas qol buraxmamaqdı?
- Mən heç-heçədən imtina etməzdim. Amma biz İsraildə də qol vurmaq istəyirik. Bunun nə dərəcədə alınacağını matç göstərəcək. Rəqibin yaxşı yarımmüdafiə xətti var. Bu, bizə problem yarada bilər.
 
- “Zestafoni” ilə cavab oyunu sizi daha da diqqətli olmağa səsləmir?
- “Zestafoni” uğurunu artıq unutmaq lazımdı. Amma onu deməliyəm ki, biz həmin oyunun əvvəlində iki kobud səhv buraxdıq. Onları təkrarlamamalıyıq. İsraildə bunu təkrarlasaq, bizə baha başa gələcək.

- Üzərinizdə təzyiq hiss etmirsiz?
- Bizim Azərbaycan futbolunun tarixinə düşmək üçün əla şansımız var. Çünki avrokubokların qrup mərhələsinə düşməyi bacaran ilk klub ola bilərik. Əlbəttə, həyəcan var. Amma biz “Hapoel”i məğlub etməliyik. Hər şeyi Avropa Liqasının pley-off mərhələsinə saxlamaq istəməzdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.