1 avqust 2012 11:29
Neftçi İsraildən heç-heçə ilə dönəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Neftçi”nin “Hapoel” (Kiryat Şmona, İsrail) ilə ilk oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, sorğuya qatılan oxucularımızın böyük əksəriyyəti belə hesab edir ki, Azərbaycan çempionu İsraildən heç-heçə dönəcək. Bu varianta respondentlərin 25 faizi (215) səs verib.
Komandamızın minimal hesabla qalib gələcəyini proqnozlaşdıranlar da çoxdu - 18 faiz (159 səs). Eyni zamanda “Hapoel” üzərində səfərdə darmadağını istisna etməyənlər də var – 17 faiz (144 səs).
Daha 14 faiz (125 səs) oxucumuz isə komandamızın böyük hesabla məğlub olacağını düşünür.
