1 avqust 2012 12:18

DÇ-2012-nin kuboku ictimaiyyətə təqdim olunacaq (FOTO)

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 həyəcanı yaxınlaşdıqca turnirin tanıtım və hazırlıq işləri respublika səviyyəsində davam etdirilir. Azerisport.az xəbər verir ki, turnirin rəsmi kuboku iyul ayının 6-da keçirilən təntənəli püşkatma mərsimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub.
 
Pərəstişkarları sevindirəcək xəbər isə bundan ibarətdir ki, rəsmi kubok bir müddət AFFA-nın inzibati binasında, daha sonra isə sponsor və ölkə turlarında geniş ictimaiyyətə təqdim olunacaq. Sponsor turu zamanı rəsmi kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərini gəzərək şirkət müştərilərinə bir addım daha yaxın olacaq. Sonrakı mərhələdə ölkə turuna start veriləcək və beləliklə kubok respublikanın Lənkəran, Gəncə, Sumqayıt və Bakı kimi iri şəhərlərinin əhalisinə təqdim olunacaq. Maraqlı məqamdır ki, kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq. Kubok turu zamanı adıçəkilən şəhərlərdə Top-Top Qız, rəqs qrupları, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayevin və bir sıra tanınmış simaların iştirakı ilə əyləncəli proqramlar təşkil olunacaq, azarkeşlərə Top-Top Qız və rəsmi kubokla şəkil çəkdirmək üçün imkan yaradılacaq.
 
Turun son günü kubok Dənizkənarı Milli Parkda keçiriləcək geniş konsert proqramı ilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi açılış mərasiminin keçiriləcəyi Bakı şəhərində geri dönəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.