1 avqust 2012 12:46

Tərlan Əhmədov: Neftçinin əsas hədəfi səfər qoluna imza atmaqdı

“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) qarşı keçirəcəkləri ilk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:

“Biz “Hapoel”in Slovakiya “Jilina”sı ilə oyunlarının videoyazısına baxmışıq. Bilirik ki, kifayət qədər yaxşı komandadı. Qol vurmağı bacarırlar. İsrail futbolu mənə tanışdı. Bizim qarşıdakı görüşdə əsas hədəfimiz səfər qoluna imza atmaqdı. Çünki bu, bizə növbəti mərhələyə çıxmaq yolunda kömək edəcək”.
 
“Ağ-qaralar”ın məşqçisinin sözlərinə görə, ilk oyunun nəticəsi vacib əhəmiyyət daşıyır: “Rəqibimiz güclü komandadı. Amma bizim də şansımız var. Hazırda “Neftçi”də əla atmosfer hökm sürür. Bu oyuna yaxşı formada hazırlaşmışıq. Komandanın “Hapoel”lə oyun üçün motivasiyası da yaxşıdı. Xüsusilə də qrup mərhələsinin bir addımlığında olmağımız komandanı ruhlandırır”.
 
Mövsümlərarası dövrdə “Neftçi” dörd yeni futbolçu alsa da, Əhmədov komandanın yaxşı futbol sərgilədiyini bildirib: “Bəzi futbolçularımız “Neftçi”yə yeni gəliblər. Amma ümid edirəm ki, onlar qarşıdakı oyunlarda da özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar. Futbolçularımız “Hapoel”lə oyunda nəyi necə edəcəklərini yaxşı bilirlər”.
 
Gənc məşqçi rəqib komandanın heyətində çəkindikləri futbolçuların adlarını da açıqlayıb: “Şimon Abihazira, Darko Tasevski və David Solari təhlükəli futbolçulardı. Bu oyunçular hücumdakı fəal oyunları ilə yanaşı müdafiəyə də kömək edirlər. Onları diqqətdə saxlamalıyıq”.
 
Qeyd edək ki, bu komandaların birinci oyunu bu gün Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.