2 avqust 2012 13:01

“Azərbaycan Premyer Liqasında asan oyun anlayışı qalmayıb”

Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Azerisport.az xəbər verir ki, ilk turda “Qəbələ” səfərdə “Simurq”la üz-üzə gələcək.
 
Qarşılaşma öncəsi hazırlıqlarını doğma məkanda davam etdirən komanda sabah Zaqatalaya yollanacaq. Zədəli olan Amil Yunanov komandaya yardım edə bilməyəcək.
 
Matç öncəsi komandanın baş məşqçisi qarşıdakı mövsüm və açılış oyunu barədə fikirlərini bölüşüb. 
 
“Yeni mövsümə start veririk. 2012-2013 futbol ilinin maraqlı və mübarizə şəraitində keçəcəyinə inanıram. Fasilə dövründə bütün çempionat iştirakçıları imkanlarını maksimum səfərbər edərək ən yaxşı heyətlərini qurmağa çalışdılar. Bu mövsüm iştirakçıların çox hissəsi əvvəlcə ilk altılıq, daha sonra isə Avrozonaya düşmək üçün mübarizə aparacaqlar. Bir çox komanda çempionluğa iddialıdır. Bu da 12 komandalıq çempionatda mübarizənin gərgin və çətin keçəcəyini göstərir. Bizim də yüksək hədəflərimiz var və bu hədəflərə uyğun transferlər edərək güclü heyət formalaşdırmışıq. Hazırlıq dövründən də maksimum yararlanmışıq”.
 
Kavlak “Simurq”un yeni mövsümün ən təhlükəli komandalarından olduğunu, amma Zaqataladan uğurlu nəticə ilə dönəcəklərinə inandığını söyləyib:
 
“Simurq” yeni mövsümün ən təhlükəli komandalarından biridir. Yoxlama oyunlarında fiziki göstəriciləri yüksək olan və rəqibə oynamaq imkanı verməyən bir komanda olduqlarını sübut ediblər. Azərbaycan çempionatında son iki mövsümdür ki, asan oyun anlayışı qalmayıb. “Simurq”la oyun da çətin oyun olacaq. Rəqibimiz evdə mütləq qələbə qazanmaq istəyəcək. Biz də səfərdə sadəcə qələbə qazanmağı planlaşdırırıq. Zaqatalada mövsümə uğurlu start verəcəyimizə inanıram". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.