2 avqust 2012 13:12

Uğurlu məkanda uğurlu starta doğru

“Qəbələ” Premyer Liqanın yeni mövsümünə Zaqatalada start verəcək. Azerisport.az xəbər verir ki, “Simurq”un qonağı olacaq bu komanda rəqib meydanında oynasa da, kifayət qədər uğurlu məkanda oynayacaq. Belə ki, qəbələli futbolçular Zaqatalada keçirdiyi oyunlarda yaxşı nəticələr göstərir.
 
Sonuncu dəfə 2009-cu il mayın 10-da “Simurq”un meydanında xalsız qalan “Qəbələ” ardıcıl 4 səfəri məğlubiyyətsiz qayıdır. 1182 gündür Zaqatalada uduzmamaqla yanaşı, son 3 görüşdə meydan sahiblərindən qol da buraxılmayıb.  
 
Ümumilikdə isə bu dəfəki görüş rəqiblərin 19-cu dueli olacaq. “Qəbələ” 9, “Simurq” 6 qələbə qazanıb, 3 oyunda isə qalib müəyyənləşməyib. Top fərqində isə üstünlük daha böyükdür – 23:15.
 
Zaqataladakı 10-cu duelədək 3 səfər qələbəsi olan “Qəbələ” 2 heç-heçə edib və 4 dəfə uduzub. Zaqatalada meydan sahibləri top fərqində öndədir – 10:9.
 
Birinci dəstə və Azərbaycan kubokundakı oyunları nəzərə almasaq isə “Qəbələ” 16 dəfə “Simurq”la görüşüb. 6 qələbəsi olan bu komanda 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Top fərqində də “Qəbələ öndədi – 16:12.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.