2 avqust 2012 14:06

Ağasəlim Mircavadov: Neftçi Hapoellə oyuna hazır deyildi

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində “Neftçi”nin Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) məğlubiyyətindən (0:4) danışıb.

- “Neftçi”nin “Hapoel”lə səfər oyunu barədə nə deyə bilərsiz?
- Burda nədən danışmaq olar ki? “Neftçi” çox zəif oynadı. Sanki komanda görüşə hazır deyildi. Biz yalnız 25 dəqiqə futbol sərgiləyə bildik. Bundan sonra isə imkan verdik ki, “Hapoel” dörd qol vursun. Fikrimcə, qələbəni onlara biz özümüz bağışladıq.

- Bu məğlubiyyətdə günahkar kimdi?
- Bütün komanda. Oyunçuların necə səhvlər buraxdığını görmürdünüz? İkinci qolda Mehdiyev topa getməklə rəqib futbolçuya kömək etdi. Üçüncü və dördüncü qollar müdafiəçilərin kobud səhvindən sonra buraxıldı. Amma “Neftçi” bu komandanı keçə bilərdi.
 
- Belə oyunla?
- Belə oyunla yox. “Hapoel” orta səviyyəli bir komandadı. Qeyri-adi heç nə nümayiş etdirmədilər. Sadəcə, bizim çoxlu səhvlərimizdən yararlanıb, dörd qol vurdular.

- Bəs məşqçilərin səhvləri nədə idi?
- Hesab etmirəm ki, Tərlan Əhmədov nədəsə günahkardı. “Neftçi” yaxşı toplanış keçmişdi, komanda hazır idi. Futbolçu meydanda ona tapşırılanı etmirsə, buna Əhmədov nə etsin? Flavinyo özünü göstərə bilmədi. Məgər onu bunun üçün alıblar? Mitreski “Neftçi”dəki ən pis oyununu göstərdi.

- “Neftçi” cavab oyununda nəyə ümid edə bilər?
- Hətta “Neftçi” azarkeşləri də gözəl bilirlər ki, İsrail komandasına beş qol vurmaq artıq real deyil. Bu, fantastika olar. Amma olmayacaq. Sadəcə, imic xatirinə oynamaq olar.
 
- Avroliqanın pley-off mərhələsindən nə gözləmək olar?
- Yenə deyirəm: belə oyunla heç nə. Ən azı iki yeni futbolçu almaq lazımdı. Yaxşı qol vura bilən hücumçuya və mərkəz yarımmüdafiəçisinə ehtiyac var. Flavinyo güclü komandalarla oyunlarda sadəcə yer tutur.
 
- Bəlkə Azərbaycan klublarına qrup mərhələsi barədə düşünmək həqiqətən tezdi?
- Belə şəraitdə azarkeşlərin nəticə tələb etməyə haqları çatır. Amma çox təəssüf ki, komandalarımızda hələlik bu, alınmır. Başa düşürəm ki, futbolçular da belə nəticəni istəməzdilər. Amma ən azından səfərdə normal oyun sərgiləmək lazım idi.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.