2 avqust 2012 02:07
Abihazira: 4:0 hesablı qələbəni heç arzulaya da bilməzdim
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) hücumçusu Şimon Abihazira UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Mən 4:0 hesabıyla qələbə qazanacağımızı heç arzulaya da bilməzdim. Düzdü, cavab matçına daha yaxşı hazırlaşa bilmək üçün ilk oyunda mümkün qədər çox qol vurmağı hədəfləmişdik. Amma bu qədər olacağını düşünməmişdik. Amma buna görə bizə arxayınlaşmaq olmaz. Bakıda da yaxşı oynamalıyıq”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
