2 avqust 2012 02:16
“Biz büdcəsi 3 dəfə böyük olan kluba qalib gəldik”
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) müdafiəçisi Sali Hassarami UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Mən bu qələbəyə görə çox şadam. Öz hisslərimi ifadə etmək üçün söz tapa bilmirəm. Biz, büdcəsi klubumuzdan üç dəfə böyük olan komandanı məğlub etdik”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
