2 avqust 2012 14:28
Neftçi üzərində qələbəyə görə 10 000 mükafat
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) futbolçuları UEFA Çempionlar Liqasında “Neftçi” üzərində qazandıqları 4:0 hesablı qələbəyə görə mükafatsız qalmayacaqlar. Azerisport.az xəbər verir ki, Kiryat Şmona təmsilçisinin rəhbərliyi onların hər birini ayrılıqda 10 000 avro məbləğində mükafatlandırmağa söz verib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
