2 avqust 2012 15:47
Bakının yeni transferi danışdı (VİDEO)
“Bakı”nın yeni qapıçısı Edin Nuredinovski klub TV-yə danışıb. Azerisport.az xəbər verir ki, yay transfer pəncərəsində "Bakı"ya transfer olunan makedoniyalı qapıçı ilə 1+1 müddətli müqavilə imzalanıb.
Edin Nurediovski 12 aprel 1982-ci ildə keşmiş Yuqoslaviya respublikası olan Makedoniyada anadan olub. Futbolçu karyerasına Skopyenin Vardar klubunda başlayıb. 1999-2003-cü illər ərzində bu klubda çıxış edən qapıçı 2003-cü ildə Sloqa Yuqomaqnat klubuna transfer olunub. 2005-2006-cı illər ərzində FK Pobedanən şərəfini qoruyub.
Edin 2006-cı ildə ünvanının Almaiyaya dəyişib, 2006-cı ildə GVO "Oldenburq", 2007-ci ildə "Aintraxt" Brauşviq forması geyib. 2007-ci ildə Makedoniyaya qayıdan Nuredinovski iki il ırzində Sementarnika 55 Skopye, FK Milano Kumanovo klublarının heyətində yer alıb.
2009-cu ildə Yunanıstanın Etnikos klubuna dəvət alıb və 2012-ci ilə qədər Yunanıstan liqasında oynayıb.
Edin Nuredinovski 7 dəfə Makedoniya milli komandasının heyətinə cəlb olunub. Boyu 195 sm, şəkisi 89 kiloqramdı.
