2 avqust 2012 16:01

“Biz yalnız bu halda avrokubokdakı uğursuzluğa görə bəraət qazana bilərik”

Bu yaxınlarda “İnter”lə iki il müddətinə müqavilə imzalamış isveçrəli müdafiəçi Haynts Barmettler müsahibəsində bu komandaya keçidi ilə bağlı danışıb, Azərbaycana gəlməmişdən öncə ölkəmiz haqqında hansı məlumatlara malik olmasından bəhs edib, “Asteras”la matç barədə fikirlərini açıqlayıb və yerli çempionatın başlanmasına münasibətini bildirib.
 
- “İnter”ə keçidiniz necə baş tutdu?
- “İnter”in əməkdaşları mənim agentimlə əlaqə saxladılar. O da bu klubun mənə olan marağını bildirdi. Sonra ailəmlə məsləhətləşdim və klubla danışıqlardan sonra müqavilə imzaladım. Mənim “İnter”ə keçidim belə baş tutdu.
 
- Maraqlıdır, buraya gəlməmişdən öncə ölkəmiz haqqında nə bilirdiniz?
- Azərbaycan haqqında ilk məlumatım Avroviziya-2012 müsabiqəsilə bağlı idi. Bilirdim ki, bu il müsabiqə nəhz Azərbaycanda keçiriləcək. Bundan başqa, bilirdim ki, ölkəniz böyük neft ehtiyatlarına malikdir. “İnter”dən təklif gələndən sonra internetdə Bakı haqqında daha geniş məlumat axtarmağa başladım. Saytlar vasitəsilə mənə öyrənmək nəsib oldu ki, çox böyük paytaxtınız var. Bakı çox böyük və müasir şəhərdi.
 
- Yerli futbol haqqında nə bilridiniz?
- Mənə məlum idi ki, milli komandanızın baş məşqçisi alman mütəxəssisi Berti Foqtsdur. Bilirdim ki, bizim milli komandalarımız nə vaxtsa görüşüblər. Lakin etiraf edim ki, yerli klublar barədə heç bir məlumatım yox idi.
 
- Artıq iki həftədir “İnter”in heyətindəsiniz. Komandada hökm sürən atmosfer və komandaya uyğunlaşmağınız barədə nə deyə bilərsiniz?
- Komandada çox xoş atmosfer hökm sürür. “İnter” ilk məşqimə çıxan zaman komanda yoldaşlarım mənə kömək etməyə çalışırdılar. Bu, mənə sürətlə iş rejiminə daxil olmağıma və adaptasiya prosesini uğurla keçməyimə kömək etdi. Burada olmaq mənə çox xoşdur.
 
- Təəssüf ki, “İnter”də ilk oyununuz o qədər də uğurlu alınmadı. Oyunsonrası penaltilər seriyasında təəssüf doğuran xətaya yol verdiniz və komandamız avrokubok kampaniyasını başa vurdu…
- “Asteras” çox yaxşı komandadı. Bu matç bizim, eləcə də onlar üçün çox vacib idi. Biz 120 dəqiqə ağır oyun yaşadıq və qalibin taleyini onbirmetrlik zərbələr müəyyənləşdirməliydi. Bildiyiniz kimi, penalti - lotereyadı. Burada hər şeyi uğur həll edir və həmin gecə uğur yunanların üzünə güldü. Təəssüf ki, zərbəni yerinə yetirə bilmədim, bu, məni çox təəssüfləndirdi.
 
- Artıq bazar günü “İnter” Azərbaycan çempionatında ilk oyununa çıxacaq. Avrokubokdan kənarda qaldıqdan sonra komandanın mövsümü uğurla başlamağa ehtiyacı var. Lakin “İnter” ölkənin ən yaxşı komandalarından birilə - “Qarabağ”la görüşəcək. Qarşıdakı oyun barədə fikirlənizi öyrənmək istərdik.
- Mən eşitmişəm ki, “Qarabağ” çox güclü komandadır. Ancaq bizə çempionata mütləq müsbət nəticəylə başlamaq lazımdı. Biz ən yaxşı keyfiyyətlərimizi göstərməliyik və nəyə qadir olduğumuzu nümayiş etdirməliyik. Axı yalnız bu halda bizə lazımi nəticə əldə etmək və avrokubokdan kənarda qaldığımıza görə bəraət qazanmaq müyəssər olacaq. Qarşıda bizi çətin mövsüm gözləyir və bu mövsüm potensialımızı nümayiş etdirməli və özümüzü yaxşı tərəfdən göstərməliyik. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.