2 avqust 2012 16:34
Neftçinin qənimi danışdı: Bu, çox əla idi
İsrail çempionu “Hapoel”in (Kiryat Şmona) oyunçusu Brayan Gerziçiç UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk matçla (4:0) bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Hayfada baş tutan qarşılaşmadan sonra bunları dilə gətirib:
“Neftçi”nin qapısına iki qol vurduğuma görə şadam. Bu, çox əla idi. Biz çox şadıq ki, belə bir nəticəyə imza atdıq. Bu nəticə bizə Çempionlar Liqasında mübarizəni davam etdirməyə gözəl fürsət qazandırır”.
Qeyd edək ki, bu komandalar arasında avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
